Biznes inkubator xidmətləri
Biznes inkubatoru haqqında:
Biznes inkubatoru - yeni fəaliyyətə başlayansahibkarlıq subyektlərinin, o cümlədən gənclərin səmərəlisahibkarlıq fəaliyyətini təmin etmək məqsədilə onlarakompleks texniki-təşkilati və inzibati-təsərrüfat xidmətlərigöstərən resurs mərkəzidir.
Biznes inkubatorunun fəaliyyət istiqamətləri:
Biznes inkubatorunun fəaliyyətinin əsas istiqamətləri"Sahibkarlıq fəaliyyəti haqqında" AzərbaycanRespublikasının Qanunu ilə qadağan edilməyən yenifəaliyyətə başlayan sahibkarlıq subyektlərinə, o cümlədəngənclərə sahibkarlıq fəaliyyətlərinin ilkin mərhələsindəgüzəştli şərtlərlə zəruri avadanlıqlarla təchiz olunmuşxidməti iş otaqlarının və işçi yerlərinin müvəqqəti ayrılmasıvə onlara aşağıdakı konsaltinq və təşkilati xidmətləringöstərilməsidir:
- sistemli və davamlı maarifləndirmə tədbirləri;
- təsis sənədlərinin hazırlanması və sahibkarlıqsubyekti kimi qeydiyyata (uçota) alınmaq üçünköməklik göstərilməsi;
- vergi, mühasibat uçotu, maliyyə-kredit, hüquq və sahibkarlıq fəaliyyəti ilə bağlı digər sahələr üzrə sistemli və davamlı konsaltinq və informasiyaxidmətlərinin, mühasibatlıq işlərinin təşkilinə dəstək;
- investisiya layihələrinin və biznes planlarınhazırlanmasında metodiki köməkliyin göstərilməsi;
- biznes layihələrinin maliyyə, iqtisadi və texnikiekspertizasının aparılması üzrə dəstək;
- marketinq araşdırmalarının aparılması üzrə dəstək;
- reklam, mətbəə-çap və nəşriyyat işlərinin təşkilinə dəstək;
- məhsulların (işlərin, xidmətlərin) təşviqi, habelə sərgilərdə və bu kimi digər tədbirlərdə iştirakla bağlı köməkliyin göstərilməsi;
- maliyyə resurslarına (banklar, kredit təşkilatları, investisiya fondları, vençur kapitalı və s.) çıxışimkanlarının genişləndirilməsinə köməkliyingöstərilməsi;
- potensial biznes tərəfdaşları ilə əlaqələrinqurulmasında köməkliyin göstərilməsi;
- inzibati və hüquqi problemlərin həllində köməklikgöstərilməsi
- sahibkarların və sahibkarlıq fəaliyyətinə başlamaqarzusunda olan gənclərin sahibkarlıq sahəsində bilik və bacarıqlarının, təhsil səviyyələrininartırılmasında yardımçı olmaq, treninq, peşəhazırlığı xidmətlərinin təşkili;
- malların (işlərin və xidmətlərin) realizəsi məqsədilə sifarişçilərin tapılmasında müvafiq köməkliyingöstərilməsi;
- yeni texnologiyalar, habelə onların tətbiqi və istifadəsi ilə bağlı informasiya təminatının həyatakeçirilməsi;
- elektron xidmətlərin tətbiqi barədə məlumatlandırmavə istifadə imkanlarının yaradılması;
- sahibkarlıq subyektlərinin inkişaf potensialının və fəaliyyət prioritetlərinin genişləndirilməsinə köməklikgöstərilməsi;
Biznes inkubatorunun fəaliyyətinin təşkili ilə bağlıMərkəz aşağıdakı funksiyaları həyata keçirir:
- biznes inkubatorunun fəaliyyət istiqamətləri üzrə xidmətlərin və metodiki köməkliyin göstərilməsinitəşkil və təmin edir;
- biznes inkubatorunun fəaliyyətinin təşkili və inkişafı ilə bağlı tədbirlər görür, bu məqsədlə təkliflər, habelə biznes inkubatorunun fəaliyyəti barədə hesabatlar hazırlayır;
- biznes inkubatorunun fəaliyyətindən istifadə edənlərin qeydiyyatını (reyestrini) aparır;
- biznes inkubatorunun fəaliyyətini təşviq edir, onuniştirakçısı olmaq istəyən gənclər və sahibkarlıqsubyektləri üçün müsabiqənin təşkili ilə bağlı tədbirlər görür;
- biznes inkubatorunun fəaliyyətinin iştirakçılarınınfəaliyyətinin monitorinqini həyata keçirir;
- elmi texniki potensialın inkişafı və gücləndirilməsiməqsədilə yerli və xarici elm və təhsil müəssisələriilə əməkdaşlığa dair təkliflər verir;
- bu sahədə biznes inkubatorunda dəyirmi masalar, seminarlar, konfranslar təşkil edir, biznesinkubatorunun fəaliyyəti barədə müxtəlif çapməhsulları, kitab və jurnallar, bukletlər hazırlayır və yayır.
Biznes inkubatorunun fəaliyyətinin iştirakçıları:
- Biznes inkubatorunun fəaliyyətinin iştirakçıları müsabiqəəsasında seçilir.