• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Yevlax, Azərbaycan

    Bakı Prospekti, 5

Şəbəkələşmə xidmətləri

Tәlim xidmәtlәri biznesin başlanması üçün zәruri istiqamәtlәrdә tәtbiqi sәriştәlәrin aşılanmasına yönәlmiş tәdris proqramına әsasәn hәyata keçirilir. Mәrkәzindә innovativ sahibkarlığa, startaplara vә ailә biznesinә dәstәk, qadınlar, әlillәr vә gәnclәr arasında sahibkarlığın tәşviqi, KOB-ların maariflәndirilmәsi, tәlimlәrin, seminarların vә tәcrübә proqramlarının tәşkili üzrә xidmәtlәr tәqdim olunur.

Quba-Xaçmaz iqtisadi rayonunda sahibkarlığın inkişafına dәstәk göstәrәn Xaçmaz KOB İnkişaf Mәrkәzi artıq bir neçә gündür ki, biznesә başlamaq istәyәnlәrin, mikro, kiçik vә orta sahibkarların xidmәtindәdir.

KOB İnkişaf Mәrkәzi regionda startaplar, ailә biznesi, qadınlar, әlillәr vә gәnclәr arasında sahibkarlığın inkişafını tәşviq edir, KOB-ların maariflәndirilmәsi üçün aşağıdakı xidmәtlәri göstәrir:

  • Startap vә komanda işi
  • Effektiv işgüzar ünsiyyәt bacarıqlarının inkişafı
  • Startap vә innovasiya ekosistemi
  • Biznes planın hazırlanması
  • Qeyri-maliyyәçilәr üçün maliyyә vә onun idarә edilmәsi
  • Satış vә marketinq
  • Korporativ hüquq
  • Turizm
  • Biznes tәrәfdaşlığı
  • Sosial layihәlәr, dövlәt proqramları ilә iş
  • Meyvә-tәrәvәz mәhsullarının istehsalı üzrә KOB-lar arasında ekoloji tәmiz (orqanik) vә rәqabәtә davamlı mәhsulların yetişdirilmәsi sahәsindә maariflәndirmә işinin aparılması vә informasiya xidmәtinin göstәrilmәsi
  • Kәnd tәsәrrüfatı mәhsullarının istehsalı vә emalı sahәsindә maariflәndirmә vә informasiya xidmәtlәri
  • Ekoloji tәmiz kәnd tәsәrrüfatı mәhsullarının xarici bazarlara çıxış imkanlarının genişlәndirilmәsi ilә bağlı sahibkarlar arasında maariflәndirici tәdbirlәrin görülmәsi.