• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Yevlax, Azərbaycan

    Bakı Prospekti, 5

Təlim xidmətləri

Müasir dövrdə biznesin fəaliyyətinə təsir göstərən daxili və xarici mühit dinamik və rəqabətcil struktura malikdir. Bu səbəbdən müəssisələr uzun müddət ayaqda qala bilmək, rəqabət qabiliyyətini qoruyub saxlamaq, qarşıya qoyulmuş hədəflərə istiqamətlənərək fəaliyyətini davam etdirmək məqsədilə ətraf mühitə uyğunlaşmalıdır. Günümüzün iş dünyası şirkətləri yaradıcılığa, məsələlərə daha innovativ yanaşmağa, yeniliyə qarşı elastik olmağa sövq edir. Müəssisələr qoyulan tələbləri yerinə yetirmək məqsədilə idarəetmə fəlsəfəsi, təşkilati mədəniyyət, kadr siyasəti kimi köklü məsələlərdə yeni yanaşmaları nəzərə alaraq müəyyən dəyişikliklər etməli olur. Kadrlar onlara verilən təlimlərin nəticəsində işin tələblərinə uyğun keyfiyyətlərə sahib olduqları zaman iş performanslarını artıraraq qısa zaman ərzində yüksək məhsuldarlıq əldə edirlər.

Təlim və inkişaf siyasətimizin əsas məqsədi KOB-ların strateji hədəflərinə uyğun təlimə olan ehtiyacları müəyyənləşdirərək  onların biliklərinin sistemli şəkildə yenilənməsini və fəaliyyət istiqamətlərinə uyğun praktiki səriştələri əldə etmələrini təmin etməkdir.

Tәlim xidmәtlәrimiz biznesin başlanması üçün zәruri istiqamәtlәrdә tәtbiqi sәriştәlәrin aşılanmasına yönәlmiş tәdris proqramına әsasәn hәyata keçirilir. 

Yevlax KOB İnkişaf Mәrkәzi regionda startaplar, ailә biznesi, qadınlar, әlillәr vә gәnclәr arasında sahibkarlığın inkişafını tәşviq edir, KOB-ların maariflәndirilmәsi üçün aşağıdakı istiqamətlər üzrə təlim xidmәtlәri təqdim olunur:

  • Öz biznesini yarat
  • Öz biznesinə başla
  • Öz biznesini təkmilləşdir
  • Sosial layihələr və dövlət proqramları ilə iş
  • Maliyyənin idarə edilməsi
  • Satış texnologiyaları və müştəri xidmətləri
  • Biznesin sığortası
  • İnsan resurslarının idarə edilməsi
  • Marketinq
  • Korporativ hüquq
  • Vergi qanunvericiliyi
  • Heyvandarlıq komplekslərinin qurulması və avtomatlaşdırılması
  • Antikorrupsiya idarəetmə sistemi
  • Meyvə - tərəvəzlərin müasir üsullarla emal edilərək qurudulması
  • İstixana şəraitində GAP (Good Agriculture Practice-Yaxşı Kənd Təsərrüfatı Təcrübəsi) standartlarına uyğun pomidor istehsalı texnologiyası
  • Pambığın müasir becərilmə texnologiyaları: Çin və Yunan texnologiyalarının pambıqçılıqda tətbiqi
  • İntensiv quşçuluq təsərrüfatı və quş əti emalı müəssisələrinin yaradılması
  • Komanda quruculuğu, komanda işi  və motivasiya
  • Liderlik bacarıqları və şəxsi effektivlik
  • Effektiv kommunikasiya, ünsiyyət və bədən dili
  • Stressin idarə edilməsi
  • Zamanın effektiv idarəedilməsi
  • Dəyişikliklərin idarəolunması
  • Risklərin idarə edilməsi    
  • Maliyyə savadlılığı
  • Sosial Sahibkarlıq
  • Sağlam ekoloji mühit və sosial məsuliyyət
  • Aktiv dinləmə, danışıqların aparılması, təqdimat bacarıqları
  • Problemlərin həlli, qərarların qəbul olunması səriştələri
  • Davranış və ünsiyyət bacarıqları, korperativ davranış