• 09:00-18:00
    09:00-18:00

  • www.yevlax.kobim.az
    Yevlax, Azərbaycan

    Bakı prospekti 5, Yevlax, Azərbaycan

Xəbərlər

Yevlax KOBİM tərəfindən “Kənd təsərrüfatı məhsullarının satış strategiyası” mövzusunda maarifləndirici təlim keçirilib

Yevlax KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri və biznesə başlamaq istəyənlər üçün maarifləndirici təlimlərin təşkili davam edir. Aprelin 1-də Yevlax KOBİM tərəfindən sahibkarlar və biznesə yeni başlamaq istəyənlər üçün “Kənd təsərrüfatı məhsullarının satış strategiyası” mövzularında növbəti maarifləndirici təlim keçirilib. Təlimdə 4 nəfər sahibkar və biznesə yeni başlamaq istəyən şəxs iştirak edib. Yevlax KOBİM-in peşəkar eksperti tərəfindən KOB-lara kənd təsərrüfatı məhsullarının satışında aqrar marketinqin əhəmiyyəti və rolu, kənd təsərrüfatı məhsulları üzrə satışın idarə edilməsinin metodları, aqrar sahədə məhsul satışının formalaşması strategiyaları barədə ətraflı məlumat verilib. Təlimin sonunda mövzu ətrafında müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb. Təlim, məsləhət və şəbəkələşmə xidmətlərimizdən yararlanmaq istəyən KOB-lar Yevlax KOBİM-ə müraciət edə bilərlər. Tel: (+994) 55 922 56 17. Email: yevlax@kobim.az. Qeyd edək ki, Yevlax KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Yevlax KOBİM tərəfindən “Marketinqin əsasları və 7P” mövzusunda təlim keçirilib

Xəbərlər

Yevlax KOBİM tərəfindən “Marketinqin əsasları və 7P” mövzusunda təlim keçirilib

Yevlax KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri və biznesə başlamaq ...

Yevlax KOBİM tərəfindən “Öz biznesinə başla” mövzusunda təlim keçirilib

Xəbərlər

Yevlax KOBİM tərəfindən “Öz biznesinə başla” mövzusunda təlim keçirilib

Yevlax KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri və biznesə başlamaq ...