• 09:00-18:00
    09:00-18:00

  • www.yevlax.kobim.az
    Yevlax, Azərbaycan

    Bakı prospekti 5, Yevlax, Azərbaycan

Xəbərlər

Yevlax KOBİM tərəfindən KOB subyektləri üçün “Maliyyənin idarəedilməsi” mövzusunda növbəti maarifləndirici təlim keçirilib

Yevlax KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən sahibkarlar və biznesə başlamaq istəyənlər üçün maarifləndirici təlimlərin təşkili davam edir. Martın 17-də Yevlax KOBİM tərəfindən sahibkarlar yeni biznesə başlamaq istəyənlər üçün “Maliyyənin idarəedilməsi” mövzusunda maarifləndirici təlim keçirilib. Təlimdə 4 nəfər sahibkar iştirak edib. Yevlax KOBİM-in peşəkar eksperti maliyyənin idarə edilməsi anlayışı, onun biznesdə rolu barədə danışıb, büdcə planlaşdırılması, xərclərin və gəlirlərin təhlili, büdcə xərclərinə nəzarət mexanizmləri, maliyyə hesabatlarının növləri və təhlili, əsas maliyyə göstəriciləri, risklərin növləri və təhlil edilməsi barədə ətraflı məlumat verib. Təlimin sonunda mövzular ətrafında müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb. Təlim, məsləhət və şəbəkələşmə xidmətlərimizdən yararlanmaq istəyən KOB-lar KOBİM-ə müraciət edə bilərlər. Tel: (+994) 55 922 56 17, Email: yevlax@kobim.az. Qeyd edək ki, Yevlax KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Yevlax KOBİM tərəfindən “Marketinqin əsasları və 7P” mövzusunda təlim keçirilib

Xəbərlər

Yevlax KOBİM tərəfindən “Marketinqin əsasları və 7P” mövzusunda təlim keçirilib

Yevlax KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri və biznesə başlamaq ...

Yevlax KOBİM tərəfindən “Öz biznesinə başla” mövzusunda təlim keçirilib

Xəbərlər

Yevlax KOBİM tərəfindən “Öz biznesinə başla” mövzusunda təlim keçirilib

Yevlax KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri və biznesə başlamaq ...