• 09:00-18:00
    09:00-18:00

  • www.yevlax.kobim.az
    Yevlax, Azərbaycan

    Bakı prospekti 5, Yevlax, Azərbaycan

Xəbərlər

Yevlax KOBİM tərəfindən KOB subyektləri üçün “Satış üçün sosial media reklamlarından istifadə” mövzusunda təlim keçirilib

Yevlax KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən sahibkarlar və biznesə başlamaq istəyənlər üçün maarifləndirici təlimlərin təşkili davam edir. Martın 17-də Yevlax KOBİM tərəfindən sahibkarlar yeni biznesə başlamaq istəyənlər üçün “Satış üçün sosial media reklamlarından istifadə” mövzusunda maarifləndirici təlim keçirilib. Təlimdə 4 nəfər sahibkar iştirak edib. Yevlax KOBİM-in peşəkar eksperti tərəfindən sosial media reklamlarının satış üçün əhəmiyyəti və qazandırdığı üstünlüklər, müxtəlif sosial şəbəkələrdə reklam kampaniyalarının fərqləri, reklam formatları və alətləri, məhsula uyğun auditoriyanın seçilməsi, reklamların effektivliyinin ölçülməsi və optimallaşdırılması barədə ətraflı məlumat verib. Təlimin sonunda mövzular ətrafında müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb. Təlim, məsləhət və şəbəkələşmə xidmətlərimizdən yararlanmaq istəyən KOB-lar Yevlax KOBİM-ə müraciət edə bilərlər. Tel: (+994) 55 922 56 17, Email: yevlax@kobim.az. Qeyd edək ki, Yevlax KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Yevlax KOBİM tərəfindən “Marketinqin əsasları və 7P” mövzusunda təlim keçirilib

Xəbərlər

Yevlax KOBİM tərəfindən “Marketinqin əsasları və 7P” mövzusunda təlim keçirilib

Yevlax KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri və biznesə başlamaq ...

Yevlax KOBİM tərəfindən “Öz biznesinə başla” mövzusunda təlim keçirilib

Xəbərlər

Yevlax KOBİM tərəfindən “Öz biznesinə başla” mövzusunda təlim keçirilib

Yevlax KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri və biznesə başlamaq ...