Xəbərlər
Yevlax KOBİM tərəfindən qadın sahibkarlar üçün “Biznes planın yazılması” mövzusunda maarifləndirici təlim keçirilib
.jpeg)
Yevlax KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri və biznesə başlamaq istəyənlər üçün maarifləndirici təlimlərin təşkili davam edir. Aprelin 20-də Yevlax KOBİM tərəfindən qadın sahibkarlar və biznesə yeni başlamaq istəyənlər üçün “Biznes planın yazılması” mövzusunda maarifləndirici təlim keçirilib. Təlimdə 11 nəfər sahibkar və biznesə başlamaq istəyən şəxs iştirak edib. Yevlax KOBİM-in peşəkar eksperti tərəfindən təlimdə iştirakçılara uğurlu biznes planların yazılması və diqqət yetirilməli olan əsas məqamlar barədə danışıb, biznes planın strukturu və ona daxil informasiyalar, düzgün şəkildə hazırlanması və təqdim edilməsi barədə ətraflı məlumat verib. Təlimin sonunda mövzu ətrafında müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb. Təlim, məsləhət və şəbəkələşmə xidmətlərimizdən yararlanmaq istəyən KOB-lar Yevlax KOB İnkişaf Mərkəzinə müraciət edə bilərlər. Tel: (+994) 55 922 56, Email: yevlax@kobim.az. Qeyd edək ki, Yevlax KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xəbərlər
Yevlax KOBİM tərəfindən “Marketinqin əsasları və 7P” mövzusunda təlim keçirilib
Yevlax KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri və biznesə başlamaq ...

Xəbərlər
Yevlax KOBİM tərəfindən “Öz biznesinə başla” mövzusunda təlim keçirilib
Yevlax KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri və biznesə başlamaq ...